Britaniya və ABŞ ordusu Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Bu barədə məlumat Britaniya hökumətinin saytında yer alıb.
Məlumata görə, husilərə məxsus səkkiz hədəf məhv edilib. Əməliyyata Avstraliya, Bəhreyn, Kanada və Niderland da dəstək verib.
Açıqlamada zərbələrin husilərə məxsus yeraltı anbarı və raket və hava müşahidə sistemlərini hədəf aldığı bildirilir.
Raket hücumlarını husilərin mətbuat xidməti də təsdiqləyib.
Qeyd edək ki, yanvarın 12-də ABŞ Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə hücum edib. ABŞ-ın zərbələri yanvarın 13 və 14-də də davam edib. Yanvarın 18-də ABŞ ordusu husilərin gəmi əleyhinə raketlərinə zərbələr endirib.
Oxunub: 128