Ukraynanın qələbəsi artilleriya raketlərinin radiusunun uzunluğundan və ordunun hava hücumundan müdafiə sistemləri ilə doymasından asılıdır.
Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqının (Aİ) Diplomatik Məsələlər Rəhbərləri Şurasında çıxışı zamanı danışıb.
“Hava hücumundan müdafiənin gücləndirilməsi prioritet olaraq qalır . Mən həmçinin artilleriya mərmilərinin, bütün növ pilotsuz təyyarələrin və radiusu 300 kilometrdən çox olan uzaqmənzilli raketlərin tədarükünü sürətləndirməyə çağırıram. Nə qədər çox mərmi, bir o qədər az itki; radius nə qədər uzun olsa, müharibə də bir o qədər qısa olacaq”, - deyə Ukrayna XİN rəhbəri bildirib.
Oxunub: 167