Rusiya prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə təmas quracağı planlaşdırılır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O deyib ki, liderlərin görüş tarixi və yeri əlavə informasiyada açıqlanacaq.
Lukaşenko bir müddət əvvəl Putinlə təkbətək formatda danışıqlar aparmaq niyyətində olduğunu bildirmişdi.
"Həqiqətən də, bu cür təmas artıq yaxın vaxtlarda planlaşdırılır. Biz sizə vaxt və yer barədə məlumat verəcəyik", - Peskov deyib.
Oxunub: 126