dini radikalizm və ekstremizmlə mübarizə

Erməni qoyunları Azərbaycan sərhədini keçdi - Rəsmi açıqlama

Erməni qoyunları Azərbaycan sərhədini keçdi - Rəsmi açıqlama

Ermənistanın Qərbi Zəngəzur vilayətinin Ərəfsə (Aravus) kənd sakininə məxsus qoyunlar Azərbaycan sərhədini keçib.

Bu iddianı Dığ (Tex) kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan səsləndirib.

“Nə qədər qoyun olduğunu bilmədim, hamısı sərhədə tərəf qaçdı. Çoban onları saxlaya bilmədi”, - Zeynalyan bildirib.

***

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, sərhəddə heç bir insident, atəşkəsin pozulması, sızma cəhdi olmayıb:

"Qoyunların Azərbaycan tərəfinə keçməsi ilə bağlı isə aidiyyatı orqanlar məşğul olacaq".

Qeyd edək ki, ermənilər özləri qoyunların sərhədi keçdiyini bildirsə də, erməni mediası bunu həyasızcasına “azərbaycanlıların qoyunları oğurlaması” başlığı ilə yayıb - həm də məlumatın doğru olub-olmadığını təsdiqləyən heç bir rəsmi mənbə olmadan.

Oxunub: 136
Oxşar xəbərlər
SON XƏBƏRLƏR