dini radikalizm və ekstremizmlə mübarizə

Regionlarda iş yerləri açılsın - Komitə sədrindən çağırış

Regionlarda iş yerləri açılsın - Komitə sədrindən çağırış

Əmək bazarına təxminən ildə 130 min insanın işlə təmin olunması məsələsi var. Ölkəmizdə kifayət qədər iş yerləri olsa da koordinasiya məsələsində ciddi problemlər var.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Regionlarda iş yerlərinin açılmasına biz diqqəti yönəltməliyik. Qarabağ və Şərqi Zəngəzurda iş yerləri açılır, ora bərpa edilir, digər bölgələri də biz nəzərdən qaçırmamalıyıq. Qeyd edim ki, Bakı və Abşeron həddən artıq yüklənib. Ona görə də digər bölgələrdə də sosial infrastrukturun qurulması bizim dövlətimizin qarşısında duran əsas məsələdir. Bu sahədə də komitə tərəfindən ciddi dinləmələrin keçirilməsi vacibdir”, - o qeyd edib.

Oxunub: 119
Oxşar xəbərlər
SON XƏBƏRLƏR