"Hər gün Bakıda tıxaclarla qarşılaşırıq. 10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu təxminən il ərzində 7.6 gün edir".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov deyib.
O qeyd edib ki, bir insan Bakıda il ərzində ömürünün 7.6 gününü tıxacda keçirir.
"Dünaynın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Demək, bu minvalla Bakıda 73 il yaşan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu çox böyük rəqəmdir. Ona görə də bu məsələ üzərində işləməliyik”, - deyə deputat bildirib.
Oxunub: 135