dini radikalizm və ekstremizmlə mübarizə

"Beş ildən on ilədək..." - Binəqədidəki partlayışla bağlı AÇIQLAMA


Ötən gün paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayışın baş verməsi müzakirə obyekti olub. Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı isə Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bəs sözügedən qanunlara görə hansı cəzalar nəzərdə tutulur?

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Cinayət Məcəlləsinin 225-ci maddəsində “Yanğın təhlükəsizliyi qaydalarını pozma cinayəti” öz əksini tapıb: “Belə ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması cinayət məsuliyyətinə səbəb olur. Həmin qeyd olunan məcəllənin 225.3-cü maddəsinə əsasən, bu əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Müsahibimizin sözlərinə görə, Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən isə, səhlənkarlıq dedikdə, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi başa düşülür: “Cinayət Məcəlləsinin 314.3-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Oxunub: 121
Oxşar xəbərlər
SON XƏBƏRLƏR