Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb. Sözügedən təyinatla bağlı Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama yaymayıb.
56 yaşlı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Vətən müharibəsinin zamanı Prezident İlham Əliyev ona "general-leytenant" ali hərbi rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Oxunub: 145