dini radikalizm və ekstremizmlə mübarizə

"İlham Əliyevin dediyi hər şeyi ciddi qəbul etməliyik" - Köçəryan


"Biz İlham Əliyevin dediyi hər şeyi ciddi qəbul etməliyik". 

Bunu erməni deputat Andranik Köçəryan deyib. 

O, Azərbaycan liderinin Zəngəzur dəhlizi ilə bağlı sonuncu açıqlamasını xatırladıb və bildirib ki, əgər dəhliz açılmasa, Azərbaycan başqa heç bir nöqtədə Ermənistanla sərhədi açmayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, "Zəngəzur dəhlizi" sözü erməniləri çox qıcıqlandırır: "Və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir".

Oxunub: 129
Oxşar xəbərlər
SON XƏBƏRLƏR