dini radikalizm və ekstremizmlə mübarizə

"Qeyrəti, namusu olan başqasının əxlaqını müzakirə etməz" - Nura Suri


"Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunuzu soxmaqdan nə zaman əl çəkəcəksiniz? Niyə öz uşaqlıq travmalarınız və komplekslərinizlə məşğul olub özünüzü sağaltmaq istəmirsiniz? Niyə roldan rola girməkdən bezmirsiniz? Daxilən başqa, adam içində başqasınız".

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

"Niyə qeyrət və namus adı altında insanlara şər-böhtan atmaqdan çəkinmirsiniz? Qeyrəti, namusu olan başqasının əxlaqını, həyatını müzakirə etməz. Niyə hər mövzuda müğənnilərə söz deməkdən utanmırsınız? Sizdən varlı, yüksək vəzifəli görəndə niyə yaltaqlıq edirsiniz? Özünüzü niyə aldadırsınız? Niyə düşünürsünüz ki, etdiyiniz pislikləri heç kəs bilmir, görmür? Niyə insanlara xoş söz deməyə diliniz gəlmir? Niyə paxıllığı içinizdə bəsləyib böyüdürsünüz? Niyə uğurunuzu uğurlu insanların ətrafında olmaqda görürsünüz? Elə indi bu sualların cavabın düşünüb özünüzü dəyişin".

Oxunub: 139
Oxşar xəbərlər
SON XƏBƏRLƏR