İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.
Bu barədə İRNA məlumat yayıb.
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir - red.) Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar”, - məlumatda deyilir.
Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir.
Oxunub: 119