Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin yenidən başlanması riski yüksək olaraq qalacaq.
Bu barədə ABŞ-ın “Stratfor” analitik mərkəzinin 2024-cü illə bağlı hesabatında qeyd olunub.
“Ermənistan Qərblə artan siyasi əlaqələrindən və sonuncunun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Ermənistanın cənubundan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək”, - hesabatda qeyd olunub.
Mərkəz bildirib ki, eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq:
“Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək və Bakı Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək”.
Oxunub: 139