“Sənət böyük ağacdır, sənətkar isə bar verən meyvə. O meyvəni biri nəvazişlə dərəcək, digəri isə qopardacaq. Hətta daş atanlar da olacaq”.
Bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Elgizlə izlə” verilişində deyib.
Sənətçi şou sakinlərini heç kimin qarşısında baş əyməməyə çağırıb: “Deyirlər ki, ağac nə qədər bar verirsə, başını aşağa salır. Amma bunu şou biznesə aid etmək olmaz. Şou biznesdə baş əymək olmaz. Dik duracaqsan, meyvələrin olacaq”.
Oxunub: 243