dini radikalizm və ekstremizmlə mübarizə

Şirvan polisi "Mərhəmət evi" usaq sığınacağı diqqət mərkəzində saxlayır


Djb.az xəbər verir. Şirvan şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov "Mərhəmət evi"usaq sığınacağını diqqət mərkəzində saxlayır.

Bayram ərəfəsində

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə şəhər ərazisində yerləşən "Mərhəmət evi" uşaq sığınacağını ziyarət ediblər.

Öz qonaqlarını gülərüzlə qarşılayan körpələr şöbə əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şeirlər səsləndiriblər, nəğmələr oxuyublar. Polislər balaca fidanları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara gətirdikləri hədiyyələri təqdim ediblər. Uşaqların könüldən əyləndiyi görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

Sığınacağın rəhbərliyi körpələrə göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına öz minnətdarliğini bildirir.




Oxunub: 134
Oxşar xəbərlər
SON XƏBƏRLƏR