dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Konqresi ölkə prezidentlərinə NATO-dan çıxmağı qadağan etdi


ABŞ Konqresi NATO-ya dəstəyini bir daha təsdiqləyib.

Artıq ABŞ prezidentləri ölkənin NATO-dan çıxması ilə bağlı birtərəfli qaydada qərar qəbul edə bilməyəcəklər.

“Qanun ABŞ-nin milli təhlükəsizliyimiz üçün əsas olan bu vacib alyansa dəstəyini bir daha təsdiqləyir. Bu, həm də avtoritar ölkələrə azad dünyanın birgə olduğuna güclü siqnal verir”, - deyə senator Tim Keyn bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden prezidentliyi dövründə NATO-nu gücləndirib, Avropaya daha çox qoşun göndərib, həmçinin ittifaqı genişləndirib.

Ağ Evin keçmiş rəhbəri Donald Tramp isə alyansı tənqid edir. Trampın müdafiəçiləri hesab edirlər ki, keçmiş prezidentin tənqidi alyansa üzv dövlətləri müdafiə xərclərini artırmağa ruhlandırıb, bu isə ABŞ-nin yükünü yüngülləşdirir. Lakin Trampın tənqidçiləri onun sözlərinin NATO-nu zəiflətdiyini deyirlər. Onlar Trampın yenidən prezident seçiləcəyi təqdirdə ABŞ-nin alyansın qarşılıqlı müdafiə paktı üzrə öhdəliklərindən imtina edəcəyindən, hətta alyansdan tamamilə çıxa biləcəyindən qorxurlar.

Oxunub: 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR