dini radikalizm və ekstremizmlə mübarizə

Ana və qızı dəm qazından BOĞULDULAR


Ucarda ana və övladı dəm qazından zəhərlənib.

Hadisə bu gün gündüz saatlarında rayonun Qulabənd kəndində baş verib.

Kənd sakini 1993-cü il təvəllüdlü Səidə Fizuli qızı Əhmədova və övladı 2013-cü il təvəllüdlü Bahar Ayaz qızı Əhmədli ağır vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

İlkin müayinə zamanı hər iki şəxsin dəm qazından zəhərləndiyi məlum olub. Zərərçəkənlərə zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR