dini radikalizm və ekstremizmlə mübarizə

Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər



Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər.

Bu təkliflə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

O bildirib ki, Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi, o cümlədən pozulmuş insan hüquqlarının bərpası, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktları, müvafiq qərarlar, habelə İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının da tövsiyələrində qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və bütün şəxslər üçün bərabər hüquqların təmin edilməsi, bu sahədə problemlərin müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə əlavə resursların təmin edilməsi baxımından Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradılmalıdır.

S.Əliyeva əlavə edib ki, eyni zamanda Edinburq Bəyannaməsindən irəli gələn tövsiyələrin ölkədə icrası, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında “Biznes və insan hüquqları” sektoru təşkil edilməlidir.

Oxunub: 240
Oxşar xəbərlər
SON XƏBƏRLƏR