dini radikalizm və ekstremizmlə mübarizə

Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən Toronto-Dehli reysini sərnişinləri yola salınıb

Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən Toronto-Dehli reysini sərnişinləri yola salınıb


“Air Canada” aviaşirkətinin Toronto-Dehli reysini yerinə yetirən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarəsinin sərnişinləri təyinat məntəqəsinə digər hava gəmisi ilə yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanından uğurla Dehliyə yola düşüb.
Qeyd edək ki, Bakı aeroportu bütün növ təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və hər cür hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.

Oxunub: 112
Oxşar xəbərlər
SON XƏBƏRLƏR