dini radikalizm və ekstremizmlə mübarizə

Küləkli havada süpürgəçilər nə üçün ərazilərdədir?



Bu küləkdə Tufanda küçə süpürmək, süpürgəçini buna məcbur etmək nə deməkdi axı? İndi bu süpürgəçi Anaların başına bərk külək göydən nəsə gətirib salsa, xəsarət alsa o kiçik idarədə isti kresloda külək vurmayan otaqda oturanlar hərəsi öz yaxasını çəkəcək qırağa ki, biz kimisə məcbur çıxartmamışıq küçəyə. Əslində belə bərk küləkli havada, çovğunda qasırğada xüsusi tozsoran vasitələr var ki, onlarla bu yarpağı bu küçələri təmizləyirlər. İctimaiətə səslənirəm. Bir araşdırın görün bu JEKlərdə MTKB-də işləyən məmurların vəzifəlilərin hansı birisi bir müddət süpürgəçi işləyib sonra gəlib o vəzifədə oturub. İnandırım sizi ki heç biri. Ancaq süpürgəçilikdən gəlib vəzifədə oturan adam bu qara bəxt SÜPÜRGƏÇİLƏRİN qədrini qiymətini bilərlər. Çox istərdim ki, bu kimi mövzular tez l-tez işıqlandırılsın və ictimai mövzu kimi ictimailəşsin.

P.S : Kiçik idarədə özlərini böyük məmur hesab edənlər (bəzilərinə aitdi) vijdanınız olsun. Gecələr yatanda hərdən əlinizi vijdanınıza qoyun.

Tural Umid Akifoğlu

Oxunub: 139
Oxşar xəbərlər
SON XƏBƏRLƏR