dini radikalizm və ekstremizmlə mübarizə

SOS MMC də işləyən müharibə iştirakçılarına üzvülük vəsiqəsi təqdim olundu



Dövlətimiz hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərir. Veteranlar da hər zaman olduğu kimi bundan sonra da dövlətimizin və xalqımızın yanında olacaq.

Djb.az xəbər verir ki, bu fikirlər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə keçirilən görüşdə səsləndirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də hazırda onlar qarşısında dayanan vəzifələrə diqqət çəkib.

“Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov çıxış edərək veteranların gənc nəsil üçün örnək olduğunu, onların İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

Sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalçılarından azad edilməsindəki tarixi roluna toxunub, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə onların göstərdiyi qəhrəmanlardan söz açıb.

Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib.

Daha sonra çıxış edən müharibə veteranları Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafelərin keşiyində ayıq-sayıq dayanmağın zəruriliyini qeyd ediblər.














Oxunub: 529
Oxşar xəbərlər
SON XƏBƏRLƏR