dini radikalizm və ekstremizmlə mübarizə

"Qadınların orduya cəlb olunmasına gülən çox olacaq" - Paşinyan

"Qadınların orduya cəlb olunmasına gülən çox olacaq" - Paşinyan


"Qadınların orduya cəlb olunma səviyyəsi artırılmalı, qadınlar üçün yeni fəaliyyət sferası yaradılmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Ermənistanda hərbi xidməti başa vurmuş qadınlar xidmət müddətinin sonunda bir milyon dram alacaqlar: "Gəlin gizlətməyək, əvvəldən şübhələr çox olacaq, gülüşlər olacaq, amma ən əsası odur ki, biz problemə ciddi yanaşırıq. Orduda qadın və kişi anlayışı yoxdur, orduda əsgər və ya hərbçi var".

O, hökumətin iclasında iştirak edən müdafiə naziri Suren Papikyana da müraciət edərək qış çağırışında qadınların olmasına diqqət yetirməyə çağırıb.

Oxunub: 176
Oxşar xəbərlər
SON XƏBƏRLƏR