dini radikalizm və ekstremizmlə mübarizə

"SOS" təhlükəsizlik şirkətinin əməkdaşları qanunsuz zəbt edilmənin qarşısını alıb

"SOS" təhlükəsizlik şirkətinin əməkdaşları qanunsuz zəbt edilmənin qarşısını alıb

Neft mədənləri ərazisində yaşamağın təhlükələri barədə dəfələrlə ictimaiyyətə müvafiq qaydada ətraflı məlumatlar verilməsinə baxmayaraq,təəssüf ki, hələ də bəzi vətəndaşlarımız tərəfindən intensiv neftçıxarma sahələrində boş torpaqlar zəbt edilərək yeni yaşayış evləri tikilir. Son vaxtlar bu cür qanunsuz torpaq zəbtlərinə xüsusilə Xəzər rayonu ərazisində, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin “Buzovna-Maştağa” yatağı sahəsində çox rast gəlinir.

Famil, Xəyyam, Cavid Kərimov qardaşları neft sənayesinə məxsus böyük əraziləri zəbt edərək hər biri üçün ayrılıqda yaşayış evi tikib, uzun müddətdir ki, mədən ərazisində yaşayırlar. Kərimov qardaşları bununla kifayətlənməyərək yaşadıqları evlərin ətrafındakı boş torpaq sahələrini də ələ keçirməyə çalışırlar. Təkcə aprel, may, iyun aylarında mühafizəçilər Kərimov qardaşlarının beş dəfə yeni torpaq zəbt etmək cəhdlərinin qarşısını ala bilib.

Lakin onlar bəzən müxtəlif yollarla yeni torpaq sahələrini ələ keçirməyə müvəffəq olurlar və özbaşına zəbt etdikləri ərazilərdə qanunsuz yaşayış evləri tikərək satırlar. Bir neçə il əvvəl Famil Kərimov təqribən 20 sot torpaq sahəsini zəbt edərək öz həyətyanı sahəsinə qatıb.
“Security Operation Services” (“SOS” MMC) təhlükəsizlik şirkətinin əməkdaşları tərəfindən həmin şəxslərə bu kimi hərəkətlərə son verilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onlar bu qanunsuzəməllərini davam etdiriblər.Bu şəxslər mədən ərazilərinin mühafizəsini təşkil edən “SOS” MMC-nin əməkdaşlarının müraciətlərinə, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının tələblərinə belə məhəl qoymurlar.

Cari ilin10 sentyabr tarixindəKərimov Xəyyam Ağakərim oğlu təqribən 6 sot torpaq sahəsini zəbt etmək məqsədilə metal tor və dəmir lövhələrlə çəpər çəkib. "SOS" MMC-nin əməkdaşları torpaq zəbtinin qarşısını almağa çalışarkən Kərimov qardaşları ətraflarına topladıqları şəxslərlə birlikdə mühafizəçilərə hücum edərək onlara xəsarət yetiriblər. Əraziyə gələn Xəzər RPİ-nin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən münaqişənin qarşısı alınıb və xəsarət alan mühafizə xidmətinin əməkdaşları tibbi yardım almaları üçün 26 saylı birləşmiş şəhər xəstəxanasına çatdırılıblar.

“SOS” MMC bir daha vətəndaşları mədən ərazilərindəki boş torpaq sahələrini özbaşına zəbt etməkdən və hər hansı qanunsuz tikinti işləri aparmaqdan çəkinməyə çağırır.

Əks təqdirdə onlar neft mədəni ərazisində özbaşına tikinti işlərinin aparılmasına görə İnzibati Xətalar Məcəlləsinin 243.0.4. və 395.1. maddələri ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Oxunub: 506
Oxşar xəbərlər
SON XƏBƏRLƏR