dini radikalizm və ekstremizmlə mübarizə

“SOS” MMC Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar vakansiya elan edir



Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022- ci il tarixli sərəncamı ilə
ölkəmizdə 2023-cü il "Heydər Əliyev ili"elan olunmuşdur.
Djb.az xəbər verir. “Security Operation Services” MMC-sosial layihələri həyata keçirən özəl mühafizə
şirkəti olaraq sözügedən tapşırıqların icrası ilə əlaqədar, 100 nəfərin işlə təmin
olunması məqsədilə ilkin olaraq 13.04.2023- ci il 50 nəfər , 27.04. 2023- ci il
tarixində isə 25 nəfəri işlə təmin etmişdir.
04.09.2023-ci il “ Security Operation Services” MMC təkrar mühafizəçi peşəsi
üzrə vakansiya elan edir. Onu da qeyd edək ki, şirkət rəhbərliyinin məqsədi
cənab prezidentin siyasətinə dəstək olaraq “Qəhrəmanlarımızın məşğulluğuna
birgə dəstək olmaq”dır. Məqsəd şəhid ailə üzvlərini və vətən müharibəsi
iştirakşılarını işlə təmin etməkdir. Bu günə kimi 250 nəfər 44 günlük vətən
müharibəsi iştirakçısı, 83 nəfər birinci Qarabağ müharibəsi veteranı , 30 nəfər
şəhid ailəsi və 15 nəfər qazi mühafizəçi peşəsi üzrə işlə təmin olunmuşdur.
Yaş həddi 20 yaş olaraq, həqiqi hərbi xidmətdə olmuş, məhkumluğu olmayan
Azərbaycan Respublikasının vətəndaşları vakansiya ilə bağlı müraciət edə bilərlər.

Əlaqə : 077-280-07-07
077-280-01-99





Oxunub: 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR