dini radikalizm və ekstremizmlə mübarizə

Nə yaxşı ki, xeyirxah və yaxşılar var...


2020 ci il bu keşməkeşli ömrümə ən acı bir sürprizi ilə gəldi. Arzularım, dünyam paramparça olduğu bir dönəmdə məni sevən Allahım öz xeyirxah mələklərindən olan elimizin fəxri, qüruru Yazgül xanım Abdiyevanı qarşıma çıxardı, nəfəsimin tükəndiyi, çarəsizlikdən boğulduğum bir vaxtımda maddi və mənəvi dəstəyi ilə kömək əlini mənə uzadan belə gözəl insan mənə arxa dayaq oldu. Hər zaman yanımda oldu. Bu gün övladım Aygünün həyatda olmasına hər tərəfli kömək etdi. Bundan əlavə bütün problemlərimdə öz mənəvi, maddi dəstəyini əsirgəmədi. Bundan əlavə
qızıımın xəstəliyinə görə övladı Rahibin təhsil alması üçün Zirvə kursunun rəhbəri Rahib İbrahimova bizim ailəmizin durumunu anladıb, bir gəncin təhsili üçün ağız açıb cəmiyyətimizə layiqli bir övladın yetişdirilməsini xahiş etdi. R.İbrahimovun göstərişi ilə nəvəm Rahib "Zirvə" kursunda təmənnasız təhsil almağa başladı. Çox şükürlər olsun ki, nə Yazgül xanımın, nə Rahib müəllimin nə də ailəmizin ümidlərini boşa çıxarmayan balamız Rahib Bakı Dövlət Universitetinə tələbə adını qazandı və bizə bu sevinci yaşatdı. Bizim bu sevinci yaşamağımızda, bir gəncin təhsil alıb cəmiyyətdə layiqli yer tutmasında öncə vəsilə olan Yazgül xanım Abdiyevaya və "Zirvə" kursunun rəhbəri R.İbrahimov başda olmaqla kursun müəllim heyyətinin böyük zəhməti danılmazdı. Bu yaxşılığı bizim ailəmiz və tələbə adı qazanmış nəvəm Rahib Quliyev heç bir zaman unutmayacaq. Nə yaxşı ki, xeyirxah insanlar var, imkanı olmayan gənclərimizə dəstək olan belə insanlar Allah tərəfindən xeyirxah əməlləri ilə seçilmişlərdir. Qoy Allah özü sizləri mükafatlandırsın mənim dəyərli elqızım Yazgül xanım və elimin oğlu Rahib müəllim ,sizə nə qədər təşəkkür etsəm azdı.
PS. Bu gün nəvəm Rahibin təhsil almasına köməkliyin göstərən xeyirxah insanda Rahib. Bu təsadüfdür yoxsa ki ? Məncə bir Rahibin atdığı addımı gənc Rahib heç zaman unutmayacaq. Və o, da mərhəmətli insanların ona dəstəyi ilə başladığı bu enişli yoxuşlu yollarda zaman gələcək çoxlarına kömək edəcək.

Djb.az
Aybəniz Qaragilə Qafarlı

Oxunub: 120
Oxşar xəbərlər
SON XƏBƏRLƏR