dini radikalizm və ekstremizmlə mübarizə

Direktorların işə qəbulu üzrə esse mərhələsinin nəticələri açıqlandı


Direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.

Oxunub: 140
Oxşar xəbərlər
SON XƏBƏRLƏR