dini radikalizm və ekstremizmlə mübarizə

Cəbrayılın Horovlu kəndinin tikintisinə başlanılır



Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1500 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində ("Ağ şəhər") ofisinə təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Horovlu kəndinin təməli bu in may ayının 4-də Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Oxunub: 82
Oxşar xəbərlər
SON XƏBƏRLƏR