dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün şəhid Elimdar Səfərovun mövlududur


Djb-.az xəbər verir. 26 İyul - Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2016 - cı ildə Aprel döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş Elimdar Səfərovun Cənnətdə olan Mövlud günüdür!
Elimdar Səlimxan oğlu Səfərov 26 iyul 1992 - ci ildə Yardımlı şəhərində anadan olmuşdur. Elimdar Səfərov 1993 - cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü.
. Gizir Elimdar Səfərov 02 aprel 2016 - cı ilin Aprel döyüşləri zamanı 23 yaşında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
04 apreldə isə Elimdar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Djb.az İlham Əliyev


Oxunub: 128
Oxşar xəbərlər
SON XƏBƏRLƏR