dini radikalizm və ekstremizmlə mübarizə

İsrailin müdafiə naziri Milli Qəhrəmanın məzarını ziyarət etdi



Ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət ediblər.

Nümayəndə heyəti tərəfindən məzarların üzərinə gül dəstələri düzülüb. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Oxunub: 119
Oxşar xəbərlər
SON XƏBƏRLƏR