dini radikalizm və ekstremizmlə mübarizə

Makronun iş yerinə içərisində kəsilmiş insan barmağı olan zərf göndərilib


Fransanın paytaxtında yerləşən Yelisey Sarayına zərfin içində kəsilmiş insan barmağı göndərilib.

Məlumat Fransa mətbuatında dərc olunub.

Qeyd olunur ki, zərf saraya iyulun 9-10-da daxil olub.

Ehtimal olunur ki, epataj xarakterli məktub ənənəvi olaraq Fransada iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ilə əlaqədar göndərilib.

Barmaq Yelisey Sarayının təhlükəsizliyini təmin edən polislərin yeməklərini saxladıqları soyuducuya yerləşdirilib.
Barmağın aid olduğu şəxsin kimliyi müəyyən edilib.

İnsidentin digər təfərrüatı hələlik məlum deyil.

Mənbə: Valeurs actuelles

Oxunub: 131
Oxşar xəbərlər
SON XƏBƏRLƏR