dini radikalizm və ekstremizmlə mübarizə

Cahangir Əsgərovun Azad günüdür


Djb.az xəbər verir. 11 İyul - Azərbaycan Respublikasının Əməkdar pilotu, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri,
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmiş Cahangir Əsgərovun doğum günüdür!
Cahangir Cəlaloğlu Əsgərov 11 iyul 1950 - ci ildə Bakıda anadan olmuşdur. 1980 - cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.
. 1972 - ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978 - ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981 - ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991 - ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993 - cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.
1996 - cı ildən "Azərbaycan Hava Yolları" QSC - nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.
. Cahangir Əsgərov, 2011 - ci ildə Azərbaycan Respublikasının Əməkdar pilotu, Azərbaycan Respublikası mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə daimi dövlət tərəfindən əməyi qiymətləndirilmişdir. 2010 - cu ildə "Şöhrət" ordeni, 2020 - ci ildə isə Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, övladları var.

Oxunub: 97
Oxşar xəbərlər
SON XƏBƏRLƏR