Xaçmaz rayonunda qardaş qardaşını qətlə yetirib.
Hadisə Yalama qəsəbəsində baş verib.
İlkin məlumata görə, qardaşlar arasında dava birinin ölümü ilə nəticələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
***
Daxili İşlər Nazirliyi Xaçmazdakı hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində əkiz qardaş, 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərovların kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
***
Cinayət hadisəsinin mülk üstündə baş verdiyi bildirilir.
“Report” xəbər verir ki, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu deyib.
Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Dava zamanı qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.
Oxunub: 264