dini radikalizm və ekstremizmlə mübarizə

ALLAHIN SALAMI VƏ YAXUD "BAĞDA ƏRİK VAR İDİ"...

Mən "salam" sözünün məzmun və mahiyyətini,onun fəlsəfəsini təhlil və tədqiq etmək niyyətində deyiləm.Bilirəm ki,bu ilahi sözün kökünü,nüvəsini bilənlərimiz çoxdur...Amma bu müqəddəs və ülvi söz haqqında bir-iki kəlmə bildiklərimi xatırlamağa ehtiyac duydum.
Əs-Səlam Allahın adlarından biridir.Sülh- səadət,əmin-amanlıq, xoşbəxtlik,firavanlıq anlamındadır.Allahın bəxş etdiyi "salamatlıq,bərəkət üzərinizdən əskik olmasın" kimi dəyərləndirilir.
Salam gözəl verilib,eləcə də gözəl alınmalıdır.Özü də salam baş ilə yox,dil ilə ifadə olunmalıdır.İndi gör...nə qədər salamsız zamanlar itirmişik biz.
Adam var ki,bir salamı ilə tanınar.Belə salamın özgə bir ləzzəti,zövqü vardır!
Allahdan gələn bu söz elə öz qədərində,öz miqdarında da geri qaytarılmalıdır.
Məsələn,bax...belə;
-Salam əleykum!
-Əleykum salam!
Könülsüz salamın incisi,dəyəri olmaz.Bu,Allahın da xətrinə dəyir.Nədən ki,bu sözün yiyəsi,sahibi Odur!
Ən çox bəyənilən,sevilən və xoşa gələn bir ərmağan,mükafatdır...O.!
Salam o qədər əziz və hörmətlidir ki, hər nəsnədən əvvəl işlədilməlidir.
Salam verməklə heç kim,heç nə itirmir...əksinə,qazanır!
Bircə onu bilirəm ki,dünyada nə tükənsə də,xərclənib qurtarsa da...salam azalan deyil...çoxalandır.Yadımdadır,köhnə kişilər deyirdi ki,"Mən filankəslə salam-kəlam kəsmişəm...onu tapdalayıb,keçə bilmərəm".
Amma həmişə belə olmur.Görəvdən düşəndə,vəzifəni təbii itirəndə və ən çoxu isə kasıblaşanda nədənsə salamların da arası ya seyrəlir,ya da ki,kəsilir...
Gəlin,daşı ətəyimizdən yerə töküb...bir-birimizə xoş ətirli,xoş duyğulu sevgi dolu salamlar göndərək.
Bir mahnıda deyildiyi kimi...Bağda ərik oldu- ya olmadı!
Elə rəhmətlik müğənni Zöhrə Abdullayeva da sağlığında nəğmə dili ilə belə deyirdi.
Yazıya yazı...həm də mətnə bir əlavə kimi;
...O günləri gördüm ki,bir nəfər tanışım mənə baxıb...dinmədən yanımdan etinasız ötüb keçdi.Səslədim ki,əə...ay kişi,bəs salamın-kəlamın harda qaldı?
Qayıdıb mənə nə desə yaxşıdır?
-Sən nə vaxt salam verdin ki,mən də onu almadım?!
Ay bərəkallah,səndəki belə ağıla...düşüncəyə!

Oxunub: 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR