dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib - Avropa Oyunları



Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Oxunub: 133
Oxşar xəbərlər
SON XƏBƏRLƏR