dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az tanınmış jurnalist Daşdəmir Əjdəroğlunu təbrik edir


Bu gün qələm dostum, həmkarım, mənə çox əziz olan bir insanın ad günüdür. Daşdəmir Əjdəroğlu-Tağıyev .

Bu ad, bu soyadı çoxlarınız yaxşı tanıyırsınız.

Əsil söz adamı, qələminin və sözünün çəkisi olan jurnalist, mətbuatın fəxri Daşdəmir Əjdəroğlunun bu gün çox özəl və gözəl günüdür.

Əziz dostum, həmkarım Daşdəmir!

Sən doğrudan da, fədakar, vicdanlı, dürüst insansan olmaqla yanaşı işini, peşəsini sevən bir jurnalistsən. Mən deyərdim müsbət insanı xüsusiyyətləri özündə cəm edən Daşdəmir Əjdər oğlu tək mənim deyil dostlarının da dəyərlisidir. Nə yaxşı ki, varsan Daşdəmir Əjdəroğlu! Sənə həyatın ən şirin neməti olan cansağlığı arzulayıram. Bütün işlərində uğurlar diləyirəm.
Ad günün mübarək olsun əziz dostum!!

Djb.az Almaz İLAHƏ

Oxunub: 384
Oxşar xəbərlər
SON XƏBƏRLƏR