dini radikalizm və ekstremizmlə mübarizə

Rəsmi müttəfiq olan iki qardaş ölkə Türkiyə-Azərbayca


Dünyada Azərbaycan və Türkiyə qədər aralarında bu qədər sıx qardaşlıq bağları olan ölkələr tapmaq çətindir. Hər iki ölkə arasındakı qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz rəsmən müttəfiq oldular. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Bu anlaşma iki ölkə arasında olan münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. Diplomatik cəbhədə Azərbaycan haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər. Bu gün ölkəmizin bütün rayonlarında Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalandığını görərik. Xalqımızın Türkiyəyə olan sevgisi səmimidir, içdən gəlir. Qazanılmış bütün uğurların təməlində Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri dayanır.

Fərid Mustafayev
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 174
Oxşar xəbərlər
SON XƏBƏRLƏR