dini radikalizm və ekstremizmlə mübarizə

Taleh Qaraşov Lənkəranlı Gənci qəbul edib



Djb.az xəbər verir. Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranın İctimai fəal Gənci, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi, Gənc muğənni Allahveren Pərvizoğlunu qəbul edib.

Görüş zamanı Allahverən Pərvizoğlu ona və ailəsinə göstərdiyi diqqət və qayğıya görə İcra başçısına səmimi təşəkkürünü bildirib.
T. Qaraşov yaradıcı gəncin qayğıları ilə maraqlanıb.

Sonra A. Pərvizoğlu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ulu Öndərimiz" mahnısına çəkilmiş klip ilə bağlı məlumat verib.

Bildirib ki, "Ulu Öndərimiz" mahnısının Sözləri Gənc Şair Publisist Sevindik Nesiboğluna, Musiqisi Mehriban Aydınqızına, Aranjimanı isə Fikrət Vasifoğluna məxsusdur.

A. Pərvizoğlu Klip diskini Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim edib.

Sonda İcra başçısı Taleh Qaraşov Lənkəranın uğur qazanmış gənci Allahverən Pərvizoğluna yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və xatirə şəkli çəkdirilib.

Oxunub: 318
Oxşar xəbərlər
SON XƏBƏRLƏR