dini radikalizm və ekstremizmlə mübarizə

Leyla Mətin poeziyasının inciləri


Nigarandır

Nəğmə kimi ötür zaman ,
Mən həsrətəm , gör nə vaxtdan
Sim bağırır , deyir çoxdan ,
Tar da səndən nigarandır .

Dəlilərtək sənə vurğun ,
Ürəyində sən olduğun ,
Sevib sonra unutduğun ,
Yar da səndən nigarandır .

Kirpiyim nəm , yanağım yaş ,
Gözüm üstə buluddur qaş ,
Qış yetişir yavaş - yavaş ,
Qar da səndən nigarandır .

Ürək sevir , ruhum duyur ,
Hicran eşqin gözün oyur ,
Nəğmə qoşub bax , oxuyur ,
Tar da səndən nigarandır.

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR