dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət dili uğrunda mübarizə aparan müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev


2001-ci il 9 avqust tarixli Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlanıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il 27 aprelində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” əlavəsinin edilməsi mühüm tarixi hadisə idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra doğma dilimizin istifadəsində və inkişafında yeni mərhələ başlamış oldu. Ümummilli lider Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə əlavənin edilməsi həmin dövr üçün çox cəsarətli addım hesab edilirdi. Ümummilli lider bu addım ilə gələcək müstəqil dövlətçiliyimizin, milli rəmzlərindən birini məharətlə qorumuş oldu. Daim dövlət dili uğrunda mübarizə aparan ulu öndər ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyə nail oldu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 185
Oxşar xəbərlər
SON XƏBƏRLƏR