dini radikalizm və ekstremizmlə mübarizə

SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.


Cari ilin 25 aprel tarixində Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan-Bolqarıstan əlaqələrində enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən mühüm yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin Bolqarıstana sonuncu – 2022-ci il 30 sentyabr-1 oktyabr tarixli rəsmi səfəri baş tutub. Həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi hər iki ölkə arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açdı. Azərbaycan Prezidentinin bugünkü səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib.

Farid Mustafa Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 308
Oxşar xəbərlər
SON XƏBƏRLƏR