dini radikalizm və ekstremizmlə mübarizə

“SOS” MMC Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyasında iştirak edib – FOTOLAR


Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı silsilə tədbirlərini davam etdirir.

Djb.az
xəbər verir ki, aprelin 15-də “SOS” MMC şirkəti Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gəlin hər birimiz bir ağac əkək” adlı ağacəkmə aksiyasında iştirak edib.

Ağacəkmə aksiyasında “SOS” MMC-nin direktoru Anar Məmmədov, idarənin rəhbər heyəti və əməkdaşları, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, eləcə də müxtəlif təşkilatlardan olan könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində “SOS” MMC-nin rəhbərliyi, idarənin kollektivi və şəxsi heyəti tərəfindən 200 ədəd xan çinarı və relyefə uyğun Eldar şamı ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.


















Oxunub: 321
Oxşar xəbərlər
SON XƏBƏRLƏR