Əliyeva Zəminə Tariyel qızı 1970-ci il aprelin 15-də Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olmuşdur . 1977-1985-ci illərdə Şıxəkəran kənd orta məktəbində,1979-1985-ci illər ərzində C.CABBARLI adına Lənkəran şəhər 1saylı uşaq musiqi məktəbində fortepiano sinfi üzrə təhsil almışdır.1985-1989-cu illərdə Lənkəran musiqi texnikumunda “Musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsilini davam etdirmişdir.1989-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tarixi nəzəriyyə kafedrasının “Musiqişünas” ixtisasına daxil olmuşdur.1994-cü ildə isə oranı bitirmişdir.1985-ci ildən 1992-ci ilə qədər C.Cabbarlı adına 1 saylı uşaq musiqi məktəbində,1992-ci ildən isə Lənkəran dövlət Humanitar kollecinin musiqi şöbəsində(keçmiş Lənkəran musiqi texnikumu) musiqi nəzəriyyəsi müəllimi və fənn birləşməsinin sədri vəzifəsində çalışır.
14.09.08-ci il tarixində Azərbaycan Qadınlar Qurultayının nümayəndəsi seçilib. 29.03.2002-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və zona üzrə Lənkəran təşkilatının məsul katibi vəzifəsində çalışır.
2006-ci ildə Azərbaycan Milli Konservatoriyasının Tarixi nəzəriyyə kafedrasının “bəstəkarlıq” şöbəsinə daxil olmuş və 2009 cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir
Bu illər ərzində bir sıra əsərlərin müəllifi, eyni zamanda da məqalə və çıxışlarda mətbuat və Dövlət tədbirlərində ,Cənub televiziya(CTV) vasitəsilə çıxışlar etmişdir. V.Hüseynov,M.Dövran,A.Cavad,N.Kəsəmənli,X.Rza,Ş.Aslan,X.Vaqifqizi və başqa şairlərin şerlərinə yazılmış bir neçə mahnı , Ümummilli lider Heydər Əliyev cənablarına həsr olunmuş”Vətən oğlu ” xor kapellası (söz: Zəminə Tariyel qızının) "Lənkəran" ,"Ağlama","Azərbaycan" əsərləri, fortepiano üçün 13 prelüd, 8 variasiya, fortepiano və skripka üçün 3 hissəli sonata, Xalq çalğı alətləri orkestrı üçün 4 hissəli “Lənkəran löhvələri “ süitası və s. əsərlərin müəllifidir.
Bu əsərlər müxtəlif Dövlət tədbirlərində, yaradacılıq gecələrində səsləndirilmişdir
Allahverən Pərvizoğlu
Oxunub: 424