Bir qız mənə irad tutub bildirirdi ki,sənin yazdıqların real gerçəklikdən çox-çox uzadır...həm də gözəgörünməz bir xəyaldır!
Mən bu yazını qələmə almaya da bilərdim.Və açığını deyim ki, bu "gözəgörünməzi" onun xatirinə deyil,sadəcə yaratdığı həqiqi xarüqələrdən bir-iki kəlmə bildiklərimdən,eşitdiklərimdən və oxuduqlarımdan söhbət açmaq istəyirəm...
Xəyal mənim mənəvi haqqımdır.Həm də əqli,idrak mülkiyyətimdir.Təkcə mənim yox...eləcə də hamının.Elə bir adamı barmağınızla göstərə bilərsinizmi ki, ömründə heç bir dəfə də olsun...xəyal qurmayıb?!
Xəyal idrakın,düşüncənin,təsəvvürün bir məhsulu olsa da...əsl toxumluq buğdadır.Sağlam,şəffaf,aydın və qatqısız xəyal tarixən cəmiyyətə fayda və səmərə bəxş edib...
Şimal qütbünün tədqiqatçısı özü etiraf edirdi ki,Fantastik yazıçı Jül Vernin əsərlərinin xəyalları mənim səyyahlığımın...uzaq səfərlərimin mayağı, işığı olubdur.
Xəyal bir duyğu...bir emosiya,bir impuls,hərəkətverici bir mexanizmdir.
Albert Eynşteynin,Kvantın,Maksvelin,Lütfüzadəni qeyri-səlist nəzəriyyələri də xəyallar üzərində qurulmuş və bu gün də öz effektini göstərməkdədir.Bu gün də hamının əlindən tutan,onsuz keçinməyən "Feysbukun" yaradıcısı Mark Zükenberqin xəyalının,təsəvvürünün real həyatda öz təsdini tapmasına inanmırsınız?
Dünyaca məşhur rəssam olan
C.Makellencelo da bütün dəyərli və qiymətli rəsmlərini təsəvvüründə canlandırıb...kətan üzərinə köçürmüşdür.
Radio,telefon,televizor,kompyüter və digər yüksək innovasiyaların, texnologiyaların əksəriyyətinin təkanvericisi isə elə "quruca dediyimiz" o xəyallar olmamışdımı?
Hələ dünya mütəfəkkir yazıçılarının şedevr əsərlərini,nəhəng alimlərin xəyal kəşflərini saymaq fikrində də deyiləm...Tomas Alva Edissonun,Aleksandr Popovun,İ.Bellin kimi məşhur ixtiraçıların əsas indukatoru xəyallar olmuşdur.Bəşəriyyətə,sivilyaziyaya xidmət edən xəyallar!
İndi "Böyük Qayıdış Proqramı" əsasında azad olumuş torpaqlarda geniş miqyaslı avadlıq,quruculuq,tikinti-bərpa işləri görülməkdədir.Bu,hamının sevincinə,fərəhinə yaşamaq eşqi,parlaq həyat gücü qatır.
Xəyallarım isə məni öz qanadlarına alıb...doğulduğum doğma məkana aparıb-gətirməkdən heç doymur.
Xəyal mənim haqqım olduğundan elə indidən xəyal edirəm ki, kaş o yerlərdə də Ali və orta ixtusas məktəbləri açılaydı,təsis ediləydi!
Nədən ki,çox mühim strateji coğrafiyada yerləşən Zəngilan rayonu Sərqi Zəngəzur İqtisadi rayonunun giriş və çıxış qapısıdır.
Zəngilana köçün qranit təməli artıq qoyulmuşdur.Əhalinin o torpağa daha da möhkəm bağlılığının kökündə duran əsas amillərdən biri də məncə xəyallarımın gerçəkləşdirilməsi ola bilərdi.
Nədən ki,Zəngilan rayonunun kifayət qədər enerjili gəncliyi,səriştəli elmi potensialı və müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadr resursları mövcuddur.
Müəəyən müddətdən sonra o məkanda məskunlaşanların təhsil alması üçün təzədən geriyə dönüb...Respublikanın müxtəlif yerlərinınə üz tutması heç də məqsədə müfaviq deyildir...
Qoy mənim xəyallarımın mikrodalğası yuxarıda oturan əmilərin,dayıların qulağına çatsın ki,tarix heç vaxt yaxşılığı,xeyirxahlığı unutmur.
"Quyuya atsan da yaxşılığı bil,
Yenə qayıdacaq...o itən deyil"
Xəyal etmək mənim haqqımdır..Və bu,mənim gerçək xəyalımdır!
Xəyalım isə hərarətli bir yol işığımdır!
Elə bir işığı ki,dünyanı,həyatı,insanları,insanlığı daha gözəl,daha mənəviyyatlı yola çəkib aparır!
Həsən Orucoğlu
Oxunub: 305