Son zamanlar uşaq evləri haqqında sosial mediada müxtəlif videolar və yazılarla qarşılaşırıq. Bu yazılar ictimaiyət tərəfindən birmənalı qarşılanmır. Amma buna baxmayaraq əlaqədar təşkilatlar bu mövzu ətrafında heç bir iş görmür. Son günlər 3 saylı uşaq evində baş verənlər bizim gördüyümüz müxtəlif həyat hekayələrinin kiçik bir parçasıdır.
Usaq evlərində nə baş verir? Uşaq evlərində 18 yaşına çatan gənclər hara gedir, necə yaşayır, talehi necə olur heç düşünənlər varmı??
Mənsə yoxdur, olsaydı 18 yaşına kimi dövlət sərmayə sərf etdiyi uşaqların gələcəyi nəzarətə götürülərdi. O gənclərə sərf edilən sərmayə bir kapitaldır nə üçün o kapitalı sonuna kimi qorumuruq?!
Biz Avropalaşmagi çox sevirik, baxmayaraq bu günə kimi Avropada uşaq evlərini tərk edən 18 yaşlı gənclər üçün "Qoruyucu Ailələr" var. Onlar gəncləri ailəyə alır, təhsil almasında, işləyib öz ayaqları üzərində durmasında kömək edir.
Biz də isə bu gənclər 18 yaşında həyatın məngənəsinə atılır. Başına nə gələcəyi ilə maraqlanan belə olmur.
Müxtəlif qüvvələr də bu gənclərdən öz çirkin əməlləri üçün istifadə edir. Kimisi narkotika aludəçisi olur, kimisi müxtəlif insanların pis işlərini həyata keçirir, qızları isə əxlaqsızlığa sürüklənir..
Bəyənmədiyimiz Sovetlər dönəmində 18 yaşı tamam olan gənclər uşaq evlərini tərk edəndə yenədə dövlətin himayəsində olurdu. Onlar peşə məktəblərinə yönləndirilirdi kimi ali təhsil alır, kimisi peşə öyrənirdi. Və həmin gənclər yataqxanada yerləsdirilirdilər. Sahə müvəkkilləri belə gəncləri nəzarətsiz buraxmırdılar. Təhsilini başa vuran gənclər artıq cəmiyyətdə püxtələşərək yararlı vətəndaş olurdular. Beləcə ictimaiyət üçün təhlükəyə çevrilmirdilər.
Əlaqədar təşkilatlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. Dovlətin sərmayə qoyduğu gənclər Azərbaycanın vətəndaşıdır!
PS.Usaq evlərini tez- tez ziyarət edən Azər Nəsirovun yazdıqlarında böyük bir həqiqət var.
- Almaz xanım, keçən ay sığınacağın qarşısında bir cavan oğlan dayanmışdı. Ona yaxınlaşıb tanış oldum. Gənc deyirdi ki, məndə bu sığınacağın məzunuyam. Nə qalmağa yerim var, nə yeməyə çörəyim. Gəlirəm gündə bir dəfə yemək yeyib gedirəm. Bütün günü o yeməyin üstündə oluram.
Bu kimi gənclərin narkokuryer, İran cəausu, cinayyətkar olmaq şansı 100/ 95 faizdir.
Hər il 100 lərlə gənc məzun olur.
Almaz İLAHƏ
Oxunub: 242