dini radikalizm və ekstremizmlə mübarizə

"Unudulmayan qanlı tarix" adlı tədbir keçirilib


Djb.az xəbər verir Mart qyınin 30-da Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Gənclər və İdman İdarəsinin (Gİİ), Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı nümayəndəliyinin, V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı "Unudulmayan qanlı tarix" adlı tədbir keçirilib.
Tədbirdə adları çəkilən qurumların rəhbərliyi və kollektivi iştirak edib.
İlk olaraq Soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə, Gİİ-in rəisi Şəhriyar Şəbiyev, GİKM-in Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli xalqımızın başına gətirilən bu dəhşətli fakt haqqında ətraflı məlumat veriblər, hadisənin statistik məlumatlarını, həmçinin bu cinayətə Ulu Öndər Heydər Əliyev tərfindən düzgün qiymət verildiyini vurğulayıblar.
Sonda tədbir iştirakçıları "Unudulmayan Soyqırım - 1918!" adlı sərgi ilə tanış olublar.



Oxunub: 271
Oxşar xəbərlər
SON XƏBƏRLƏR