...Adamı tanıtdıran,onu sevdirən,uca tutan... əsasən mülayim,həlim təbiəti və yumşaq xarakteridir.Yəni,insanlığa xas olan bu keyfiyyətlər səni "eqo" hissindən həm uzaqlaşdırır,həm qoruyur,həm də imicinə-nüfuzuna müəyyən civarda mənəvi qazanc gətirir.
Ürəyə xoş əhval-ruhiyyə seli...endorfinlər axını adamın geniş düşüncəsindən,elmi dünyagörüşündən və publikaya açıq-saçıq olmasından başlayır.Belələrinin cəmiyyətə faydası çox olmaqla bərabər,həm də ətraf aləmə töhfələri də bol olar...Qapalılıq,dar çərçivəlik isə tərki-dünyalıqdır.Adamı sıxar,üzüntülü və sarsıntılar içində "böyüdər"...Bu,eybəcərliyin,nadanlığın bir təzahür formasıdır.Düşüncəsi ensiz adamlarda fobiya,təhlükə çox güclü olar.Özlərindən başqa digərlərini ya bəyənməz,ya da ki,fikirlərini bölüşməzlər.
Bu da səbatsızlığın,savadsızlığın,cahilliyin əlamətidir.
Sarkazm-acı gülüş nə qədər satirik olsa da belə...dərin düşünməyi bacaranlar üçün həyati əhəmiyyəti də az deyildir.Bu mənada tənqid nə qədər acı olsa da sağlamlıq üçün faydalıdır,deyiblər.
Özünü dartma,eqoizm,xüdpəsəndlik,"mənəm-mənəmlik"hissi adamı uçuruma aparan üfünətli bataqlığın "zirvəsidir".Bəzən el arasında buna murdarlıq,çirkinlik də deyirlər.
Yəni,milçək bir şey deyildir,amma könül bulandırar.Milçək dedim...çoxdan yazdığım "Milçək gileyi" adlı bir təmsilim yadıma düşdü:
Boz Milçək nəhəng Fili,
Donquldadırdı sancaq.
Kiçik yaranmasına
Gileylənirdi ancaq!İndi gördünüzmü,lovğalığı,eybəcərliyi?!
"Öz gözündə tiri görmür,amma başqasında tük axtarır"."Qonşunu iki inəkli istə ki,biri də sənin olsun."Paxıl olunca,ağlın olsa yaxşıdır"
Xalq motivləri əsasında yazdığım "Meymun eybəcərliyi"alleqoriyası da elə bu qəbildəndir:
Hər nə varsa...içindədir!
"Meymun baxdı güzgüyə,
Adın qoydu özgəyə".
Dedi...bu nə güzgüdür,
Məni izləyir,güdür.
Mənim kimi gözəli
Nə eybəcər göstərir.
Heç özüm də bilmirəm,
Bu necə bir sirdir-sirr...
Məni belə göstərib,
Lap atamı yandırdı.
Sonra bir daş götürüb,
Tez güzgünü sındırdı!
...Yaxşı adamlar haqqında görün,nə deyirlər;
"Ayağını murdar suya sal,sonra iç...çək başına" Yəni,xoş xasiyyət,ilıq təbiət adamın taleyini həll edir.Murdar xislətli adamlar nəinki fikrini bölüşməyə...hətta heç səni dinləməyi də sevməzlər.
Belə rəngdə olan məxluqlar...ancaq və ancaq özlərinə bab olanlarla dil tapıb,dilləşə bilərlər.
Eybəcərlərin,murdarların və düşüncəsi darların bir toplum olaraq...qırx dili,qırx açarı olsa da... yenə də özlərinin oxşarı olan "Qırxayaq" kimi cəmiyyəti geriyə sürükləyərlər.
Bu da onların həyat tərzi,kobud xasiyyəti...bəlkə də şakəridir.Belə buqələmunlar öyrənməyə, dinləməyə,geriliyin daşını atmağa...irəliyə doğru addımlamağa meyllənməzlər.
Fayda və xeyir vermək murdarların istər eritrositlərində,istərsə leykositlərində yox dərəcəsindədir!..
Cəmiyyətin saflaşması,şəffaflaşması və durulaşması isə belə nadürüstlərdən xilas olmağın "meridianından" keçir!
Həsən ORUCOGLU
Oxunub: 262