dini radikalizm və ekstremizmlə mübarizə

Hacı İlham Qurbanoğlu poeziyasının incileri


**MƏN QULAQ ASIM**

Aşıq Fərhad,sıx sazını köksünə,
Elə ürəkdən çal ,mən qulaq asım.
Mizabı elə vur sarı simlərə,
Ruhumu oxşasın,çal qulaq asım.

Apar xəyalımı uca dağlara,
Zirvədən boylanım küskün yollara.
Çəməni,çiçəyi,yaşıl düzləri,
Yenidən yadıma,sal qulaq asım.

Qəlbimdən sil çıxart qəmi,kədəri,
Xatırlat sən mənə ötən günləri.
Harayla sazınla ər- igidləri,
Canlandır gözümdə,lal qulaq asım.

Yada sal hər zaman eli-obanı,
Sevindir ixtiyar ata-ananı.
Sazınla vəsf eylə, hey Yaradanı,
Simlərdən süzülsun,,bal,, ,qulaq asım,

Yarat xariqələr daim efirdə,
Oxşa könülləri sarı simlərdə.
Qoy görüm təbəssüm,daim üzlərdə,
Salma könüllərə xal,qulaq asım.

Ruhuma qidadır o gözəl səsin,
Çal ki,tükənməsin eşqin,həvəsin.
Gözəldir həm sazın,həm də nəfəsin,
Əmin qulluğunda,çal qulaq asım.

Hacı İlham gəzir səndən gileyli,
Salıbdır şeirə,hikmətə meyli.
Nə olar oxunsa,onun da şeiri,
Bir ömür yanımda qal,qulaq asım.

BÜLBÜL MƏNİ MƏST ELƏDİ

Bülbül söylə bu naz nədir,
Ağzındakı avaz nədir,
Əgər qırılıbsa könlün,
Zümzüməndə taraz nədir ?

Bülbül deyər naz sevgidən,
Oxuduğum söz sevgidən,
Sevən könül kövrək olar,
Zümzüməm taraz sevgidən.

Cəh-cəhən alıb aləmi,
Hardan tapıb bu səs səni.
Qızıl güldən aralanma,
Yoxsa,sıxar qəfəs səni.

Bu səs Allah möcüzəsi,
Bu səs Xaliqdən qismətin,
Səni nəğməkar eləyib,
Qızıl gülə məhəbbətin.

Nəfəsin sənə Xaliqdən,
Səni yaradana, əhsən!
Çoxdan nəğmə eşitmirdim,
Məst elədin,məni də sən!

XOCALIYAM QAN AĞLARAM

Xocalıyam ,qan ağlaram,
Bükülüb belim,ağlaram,
Sağalmayıb hələ yaram,
Köçübdü elim,ağlaram.

Xocalıyam,qan ağlaram,
Qəmdən qara bağlayaram,
Yenə axır qanım mənim,
Bağrıma köz bağlayaram.

Xocalıyam,qan ağlaram,
Çalar kaman,mən ağlaram,
Muğamımın gəlmir səsi,
Ağı deyib,mən ağlaram.

Xocalıyam qan ağlaram,
Tökülən qana ağlaram,
Şəhid olub igidlərim,
Tənha qalmışam,ağlaram.

Xocalıyam,qan ağlaram,
Yurdumda düşmən,ağlaram,
Haqsızlığa dözmür qəlbim,
Tükənib səbrim,ağlaram.

Xocalıyam qan ağlaram,
Ər igidlər çağırıram,
Qisas vaxtı yetişibdir,
Gəlməsəniz,mən ağlaram.

G E T D İ

Yurd saldığım bu şəhərdə,
Həyat keçir pərdə-pərdə,
Gözlər qalır pəncərədə,
Baxır ömür söldu getdi.

Yolum tufan,dərdim acı,
Düşürmüşəm başdan tacı,
Sinəmdə dağ ,,iki bacı",
Fələk qəfil aldı getdi.

Sıxdı məni bu nəm,bürkü,
Axı ürək daş deyil ki,
Uca Rəbbim,sən də gör ki,
İllər ömrü çaldı getdi.

Boy vermədi istəklərim,
Bir-bir köçdü sevdiklərim,
Uçdu qurub-tikdiklərim,
Qəfil viran oldu getdi.

Boylandım keçmişə sarı,
Bircə xoş gün görüm barı,
Damdı üzə göz yaşları,
Yenə könül daldı getdi.

Oxunub: 299
Oxşar xəbərlər
SON XƏBƏRLƏR