dini radikalizm və ekstremizmlə mübarizə

ÖLMƏZLİYƏ UCALDIN, ÖLMƏDİN SƏN ŞƏHİDİM.



Vətən uğrunda son günə qədər döyüşüb şəhadətə yüksələn Nəbiyev Elmarın bu gün cənnətdəki Mövlud günü idi

Nəbiyev Elmar Elman oğlu 2001-ci il martın 22-də Pirallahı rayonunda anadan olub.
O, 2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Məktəbdə oxuyan vaxtlardan idmanla məşğul olub. Kosiko ko idman növündə həmişə keçirilən turnirlərdə 1-ci və 2-ci yerləri tutaraq kubok, medal və diplomlarla təltif olunub.Bundan əlavə keçirilən futbol yarışlarında da iştirak edən qəhrəmanımız bu sahədə də diplom və medallarla təltif olunub.
Hələ 8 yaşı olarkən məktəbin fəal şagirdlərindən biri kimi “İstedadlar sorağında” kitabında onun haqqında da məqalə yazılıb.
Məktəbi bitirdikdən sonra qəhrəmanımız 2019-cu ilin iyul ayında hərbi xidmətə gedib. Vətənə xidmətini Füzuli rayonunda edən igidimiz sərrast atıcı olub. Hərbi xidmətini Manqa komandiri olaraq yerinə yetirən qəhrəmanımızın təxris olunmasına 3 ay qalmış “İkinci Qarabağ” müharibəsi başlayır. Evə zəng vurub ata-anası ilə halallaşan Elmar tabeliyində olan əsgərlərlə birlikdə cəbhəyə yola düşüb.
Noyabrın 4-ü ailəsi ilə, 5-i isə dostu ilə danışan qəhrəmanımız elə həmin gecə yanlarına düşən minamyot nəticəsində yaralanır. Təxliyə olunub xəstəxanaya aparılsa da çoxlu qan itirdiyindən xəstəxanaya çatmamış şəhid olur igidimiz.
Şəhidimiz 2020-ci il oktyabrın 16-da doğulduğu Pirallahı rayonunda xalqın böyük izdihamı ilə dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulunin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Vətən Müharibəsinin son günlərində şəhadətə yüksələn Nəbiyev Elmar Elman oğlunun bu gün Mövlud günündə .”Zəfər Yolu”Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin, rəhbəri Abdullayeva Pərvanə Salmanqızı başda olmaqla bir neçə əməkdaşı Çiçək ananı ziyarətə gedib ,şəhidimizin xatirəsini yad etdilər.Şəhidimizin döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət edərkən çox təsirli anlar yaşandı ,ananın gözündəki qürur hissi ilə kədər hissi bir birinə qarışmışdı. Həqiqətən deyirlər qəhrəman anadan ,qəhrəman oğul dünyaya gəlir.Nəbiyev Elmar hamımızın ürəyində qəhrəmanlığı ilə taxt qurdu.
Allah rəhmət eləsin məkanı cənnət olsun igidim Nəbiyev Elmar!















Oxunub: 146
Oxşar xəbərlər
SON XƏBƏRLƏR