dini radikalizm və ekstremizmlə mübarizə

TƏBRİK EDİRİK FƏRƏC MÜƏLLİM!


Müəllim adı müqəddəsdir. Bu peşə sahibləri xüsusi hörmət və ehtirama layiq olmaqla insana ilk düz yol göstərən, onun mükəmməl insan olmasında stimul verən əsas qüvvədir. Böyük yunan filosofu Platon demişdir: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllim yüksək əqidə, məslək sahibi olmaqla bir vətəndaş olaraq xalqını, vətənini sevməli, gəncliyi də bu ruhda yetişdirməlidir. Məhz belə əqidəli müəllim adına layiq şəxslərdən biri də Rəhmətov Fərəc Hüseyn oğludur.

Fərəc müəllim 11 mart 1960-cı ildə Yardımlı rayonunun Anzov kəndində anadan olub. Yardımlı rayon Hamarkənd orta məktəbini bitirdikdən sonra 1981-88-ci illərdə Bakı Dəniz Limanında çalışmışdır. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almış, universiteti "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə bitirmişdir. 30 sentyabr 1988-ci ildə Yardımlı RXMŞ-nın 231 saylı əmri ilə Yardımlı rayon Köryədi kənd orta məktəbinə sinif müəllimi təyin olunur. Bir il burda çalışdıqdan sonra Yardımlı RXMŞ-nin 01 sentyabr 1989-cu il tarixli 109 saylı əmri ilə Anzov kənd natamam orta məktəbinə müəllim təyin edilir. Hazırda Yardımlı rayon A.Q.Fətullayev adına Anzov kəınd tam orta məktəbində Sinif müəllimi işləyir.

2011-ci ildə "İnkişaf" Elmi Mərkəzində və 2012-ci ildə Odlar Yurdu Universiteti nəzdində "Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı"nı müvəffəqiyyətlə bitirərək Birinci dərəcəli Sertifikat almışdır. Dəfələrlə Yardımlı rayon Təhsil şöbəsi və məktəb rəhbərliyinin Fəxri Fərmanına layiq görülmüşdür.
Fərəc müəllim bu gün də gənclik coşqusu ilə gənc nəslin, gələcəyimizin qarantı olan fidan balaların təlim-tərbiyəsi ilə məşğuldur.

Bu gün Fərəc müəllimin ad günüdür. Bu münasibətlə həmkarımızı, məslək, əqidə yoldaşımızı sımimi qəlbdən təbrik edir, can sağlığı, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq. Ad günün mübarək Fərəc müəllim! Təbrikə yaxın-uzaq qohumlar. işlədiyin pedaqoji kollektiv və bir zamanlar dərs dediyin şagirdlərin olmuş insanlar qoşulur.

Malik Balaşov

Oxunub: 205
Oxşar xəbərlər
SON XƏBƏRLƏR