dini radikalizm və ekstremizmlə mübarizə

Ulu öndər Heydər Əliyev epoxası bənzərsizdi ŞƏRH


Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Amma XIX əsrin əvvəlində çar Rusiyasının işğalı nəticəsində xalqımız müstəqil xanlıqlar kimi fəaliyyət göstərmiş dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinın yaranması xalqımızın həyatında tarixi hadisə oldu və bu iki il Azərbaycan xalqının dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir. Azərbaycanda 1991-ci ildə müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır. Ümummilli lider Heydər Əliyev xalqımıza müraciətində tövsiyə edirdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həmçinin onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından ulu öndər Heydər Əliyev epoxası bənzərsizdir. Bu tarixi yolun hər bir mərhələsi müasir tariximizin tam bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Ölkənin və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycan hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Ümummilli lider Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, Azərbaycan xalqının taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 183
Oxşar xəbərlər
SON XƏBƏRLƏR