dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid ailələrinə 8 mart hədiyyəsi



08 mart 2023- cü ildə Bakının Nərimanov rayonunda yerləşən Gilavar restoranında Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə şəhid analarının , şəhid atalarının qazilərin, müharibə veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin , incəsənət xadimlərinin , rayon seçicilərinin iştirakı ilə tədbir keçirilmişdir.
Dövlət himnimiz səsləndirildikdən sonra cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin sədr müavini Adil Əliyev tədbir iştirakçılarını salamladı və xanımları 8 mart qadınlar bayramı münasibəti ilə təbrik etdi.

Adil müəllim xüsusilə vurğuladı ki, 44 günlük vətən müharibəsində Ali Baş komandanımızın rəhbərliyi altında milli ordumuz qələbə qazanaraq 28 il yağı tapdağında inləyən torpaqlarımızı işğaldan azad etdi.Bu qələbənin qazanılmasında biz şəhidlərimizə, qazilərimizə borcluyuq.Əziz şəhid anaları, əziz şəhid ataları ! Siz Vətənə qeyrətli oğullar böyüdüb bəxş etdiniz.Biz hər bir şəhid ailəsinə diqqət və qayğı göstərməyə borcluyuq.

Sonra Adil Əliyev hər bir stola yaxınlaşaraq şəhid ailələri ilə səmimi görüşərək onları dinlədi və vacib məsələlərin həlli istiqamətdə öz lazımı tapşırıqlarını verdi.Çoxsaylı şəhid ailələri ilə millət vəkilimiz xatirə şəkli çəkdirdi.
Adil Əliyev bizim əyləşdiyimiz stola yaxınlaşaraq şəhid ailələri ilə görüşdü və " Asimana ucalan şəhidlər" adlı kitabımı şəhid Elşən Müslümovin atası Habil Müslümova hədiyyə etdi.
Şəhid atası üçün bu kitab bir sürpriz oldu və sonsuz təşəkkürünü bildirdi.

Tanınmış ictimai xadim həkim Rəşid Mahmudov Adil Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və yeni çap olunmuş tibbi kitabını Adil Əliyevə hədiyyə etdi.
Müğənnilər vətənpərvər ruhlu mahnıla oxudular.
Görkəmli aktyor Nurəddin Mehdixanlı və bədii qiraətçi Ağalar Bayram bayram ruhlu şeirlər söylədilər.
Şəhidlərimizin xatirəsinə ehsan süfrəsi verildi və hər bir şəhid ailəsinə bayram sovqatı hədiyyə edildi.

Oxunub: 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR